Təhsil Nazirliyinin Apellyasiya Şurası şikayətləri araşdırıb

Təhsil Nazirliyinin Apellyasiya Şurası şikayətləri araşdırıb Təhsil Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.
İclasda Tədris resursları şöbəsində və Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin uşaq və gənclərin yaradıcılığı sektorunda aparıcı məsləhətçi vəzifəsinə namizəd Mürşüd Mürşüdlü, Tədris resursları şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Zeynəb Əskərova, İnformasiya şöbəsinin dəftərxana sektorunda məsləhətçi vəzifəsinə namizəd Mahir Quliyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Maliyyə və təsərrüfat şöbəsində baş məsləhətçi vəzifəsinə namizəd Elnur İsmayılov, Sumqayıt Şəhər Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Nuranə Quliyeva, Tovuz Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd Rüfanə Tağıyeva, Zəngilan Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd Şirvanə Tacirlinin müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 1 nəfərin şikayətinin təmin olunması, 1 nəfərin şikayətinin qismən təmin edilməsi, 4 nəfərin şikayətinin təmin olunmaması barədə Şura tərəfindən qərar qəbul olunub.
Apellyasiya Şurasına müraciət edən 4 namizəd isə ərizələrini geri götürdükləri üçün müraciətləri üzrə icraata xitam verilib.

Tehsil-press.az

Oxşar xəbərlər