Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və logistika kafedrasının müəllimi iqtisad üzrə fəlsəfə doktoru Simuzər Məmmədovanın həmmüəllifi olduğu “İxrac və enerji istehlakı arasındakı səbəb əlaqəsinin tədqiqi” adlı elmi məqaləsi nüfuzlu “Emerald Publishing Limited” tərəfindən nəşr edilib.
Məqalə “Davamlı biznes layihələri üçün bərpa olunan enerji investisiyaları” (Renewable Energy Investments for Sustainable Business Projects) kitabında dərc olunub.
Simuzər Məmmədova, Türkiyənin Artvin Çoruh Universitetinin tədqiqatçısı Zafer Adalı və UNEC-in əməkdaşı Ofelya Mazanovanın həmmüəllifliyi ilə yazılan məqalədə ixrac göstəriciləri və enerji istehlakı arasında səbəb-nəticə əlaqəsi tədqiq edilib. Araşdırılan ölkələrin iqtisadiyyatlarında bərpa olunmayan enerji istehlakının daha aktiv olduğu müəyyən edilib. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrdə bərpa olunmayan enerji resurslarının iqtisadiyyatda rolunu azaltmaq üçün alternativ sahəyə daha çox vəsait ayırmaq tövsiyə edilib.
Tehsil-press.az