Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin sonuncu kurs tələbəsi Ayan Nəbiyevanın həmmüəllifi olduğu “İmpulsiv alıcı davranışının təhlili: Azərbaycanda aparılan empirik tədqiqat” mövzusunda məqaləsi nüfuzlu “Emerald” nəşriyyatının “Marketinq” (Journal of Marketing) jurnalında dərc edilib.
Jurnal “Scopus” bazasında indekslənir və 2022-ci il üçün “CiteScore” göstəricisi 6.3-dür.
Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müəllimi Emiliya Əhmədovanın mentorluğu və həmmüəllifliyi ilə yazılan məqalədə müştərilərin impulsiv davranışlarına təsir edən müxtəlif faktorlar təhlil edilib. Həmçinin impulsiv alış meyilliyinin yaşdan, təhsil və gəlir səviyyəsindən asılı olaraq dəyişdiyi göstərilib. Tədqiqatın nəticələrinə əsasən, hedonik motivasiya, özünüidarə, özünədəyər, rifah dərəcəsi impulsiv alış davranışına təsir göstərən amillər kimi müəyyən olunub.
Qeyd edək ki, Ayan Nəbiyeva bakalavr təhsilini yüksək göstəricilərlə bitirməklə yanaşı, dünyanın bir çox universitetlərindən (Münhen Texniki Universiteti, DAAD təqaüdü), Amsterdam Universiteti, Niderlandın Maastrixt Universiteti, Boston Universiteti, Corc Vaşinqton Universiteti, Kopenhagen Biznes Məktəbi və s.) magistratura təhsili üçün təqaüdlü qəbul alıb.
Tehsil-press.az