UNEC əməkdaşının Azərbaycanın “yaşıl” enerji potensialı barədə tədqiqatı beynəlxalq elmi jurnalda dərc olunub

UNEC əməkdaşının Azərbaycanın “yaşıl” enerji potensialı barədə tədqiqatı beynəlxalq elmi jurnalda dərc olunub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyevanın “Qarabağ və ətraf rayonlarında Azərbaycanın “yaşıl” enerji potensialının qiymətləndirilməsi” (The Economic Evaluation of “GreenEnergy” Potential in Azerbaijani territories: The case of Karabakh and its adjacent districts") adlı elmi məqaləsi Macarıstanın Dunaujvaroş Universiteti tərəfindən maliyyələşdirilən “Dunakavics” elmi jurnalında nəşr edilib.
Məqalədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji resurslarının (RES) iqtisadi imkanlarına diqqət yetirilib. Həmçinin Azərbaycanın əsasən Qarabağda və ona yaxın olan yeddi rayonda bərpa olunan enerji resurslarının istehsalı, səmərəli istifadəsi, eləcə də istismarı üçün həyata keçirdiyi tədbirlərin investisiya imkanlarını artırmasından bəhs olunub.
Məqalə ilə linkə keçid edərək tanış olmaq mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər