MİQ üzrə günün ən yüksək nəticəsi açıqlanıb

MİQ üzrə günün ən yüksək nəticəsi açıqlanıb Bu gün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində kimya fənni üzrə ən yüksək balı (100/93,75) Vüsal Novruzov toplayıb.
Imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub.
Əlli səkkiz minə yaxın namizədin iştirak edəcəyi test imtahanları iyulun 11-dən 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək.
Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Tehsil-press.az


Oxşar xəbərlər