Çinin “LandSpace” şirkəti tərəfindən hazırlanmış dünyanın ilk metan və maye oksigenlə işləyən “Zhuque-2” raketi uğurla kosmosa göndərilib.
Bu haqda özəl aerokosmik şirkəti “LandSpace” açıqlama verib.
Qobi səhrasındakı Jiuquan peyk buraxılış mərkəzindən buraxılan “Zhuque-2” yükünü Günəşlə sinxron orbitə uğurla çıxaran ilk metanla işləyən raket oldu.
Yanacaq kimi maye metan, oksidləşdirici kimi maye oksigeni istifadə edən raket aşağı orbit üçün 6 ton, günəşlə sinxron orbit üçün isə 4 ton daşıma qabiliyyətinə malikdir.
Tehsil-press.az