Çin məsafədən zondlama peykini orbitə buraxıb

Çin məsafədən zondlama peykini orbitə buraxıb Şanxay Kosmik Texnologiyalar Akademiyasının yaydığı məlumata görə, Çinin “Chang Zheng 2D” daşıyıcı raketi hiperspektral kompleks müşahidə peykini orbitə çıxarıb.
Aparatdan ətraf mühitin müşahidəsi, atmosferin monitorinqi, təbii sərvətlərin kəşfiyyatı, iqlim dəyişikliyinin tədqiqi, metan və istixana qazları tullantılarının izlənməsi üçün istifadə edilməsi planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər