Yeni komanda kosmos-zaman sınaqları üçün hərəkətə keçəcək. Çinin Tienqonq (Göy Sarayı) Kosmik Stansiyasında 5 ay xidmət edəcək komanda, kvant hadisələri, ümumi nisbilik və yüksək dəqiqlikli kosmos-zaman tezlik testləri sahələrində təcrübələr aparacaq.
Çinin Yer orbitində qurduğu Tienqonq (Göy Sarayı) Kosmik Stansiyasında xidmət edəcək 5-ci taikonavt komandası artıq yola düşüb. Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, yeni komandanı daşıyan “Shincou-16” kosmik gəmisi Qobi səhrasındakı Ciucuen Peyk Mərkəzindən Long March 2F raketi ilə kosmosa buraxılıb.
Çin “Şinkou-16” ekspedisiyası ilə ilk dəfə kosmosa mülki taikonavt göndərir. İndiyədək Çinin kosmik proqramında yalnız Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrindən seçilmiş taikonavtlar xidmət edirdi. Kosmik gəmilərin dinamikası və faydalı yük üzrə mütəxəssis olan komanda üzvləri, elmi təcrübələr və sınaqlar üçün istifadə olunacaq orbitdə material və avadanlıqların işinə cavabdeh olacaqlar.
Xatırladaq ki, əsas modul iki laboratoriya modulu və kosmik teleskopdan ibarət olması planlaşdırılan “Tiengong” (Göy sarayı) stansiyası tamamlandıqda Rusiyanın hazırda fəaliyyət göstərməmiş “Mir” stansiyası boyda olacaq.
Tehsil-press.az