Fransa prezidenti Emmanuel Makron İranı NATO-nun düşməni adlandırmaqdan imtina edib.
“Alyansın məqsədi hər həftə kimisə düşmən elan etmək deyil, müttəfiqlərin maraqları və ya təhlükəsizliyi təhdid edildiyi zaman lazım olan yerdə təzyiq göstərməkdir”, - Fransa prezidenti bildirib.
Makron həmçinin qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Qərbdən dəstək tələb etmək hüququ var. O, sözlərinə əlavə edib ki, qısa və uzunmüddətli perspektivdə Kiyevə dəstək vermək Qərb ölkələrinin üzərinə düşür.
Qeyd edək ki, Tehranın Moskvaya pilotsuz uçuş aparatları çatdırması ilə bağlı NATO və ABŞ İrana bu qərarından daşınması üçün dəfələrlə xəbərdarlıq edib.
Tehsil-press.az