Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib.
Müsahibə əsnasında çinli jurnalist maraqlı etiraf edib.
O, İ. Əliyevi Çində daha da məşhurlaşdıran hadisədən danışıb:
"Prezident Əliyev, Sizə deməliyəm ki, üç il əvvəl BBC-nin jurnalistinə verdiyiniz müsahibədən sonra Çində kifayət qədər məşhurlaşdınız. Bir çox insanlar deyirdilər ki, Qərbə münasibətdə maraqların tarazlaşdırılması üçün ölkə rəhbəri məhz bu cür addım ata bilərdi. Bu, necə baş verdi?".
Prezident İlham Əliyev: Bilirsiniz, 44 günlük Vətən müharibəsi zamanı mən çox sayda müsahibələr verdim. Bu, əsasən, Qərb jurnalistlərinə verilən müsahibələr idi. Onların əksəriyyəti, deyərdim ki, çox aqressiv idi və çalışırdılar Azərbaycanı təcavüzkar kimi təsvir etsinlər. Bilirsiniz, öz ərazilərimizi azad etdikdə, ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq. Biz, sadəcə, üzləşdiyimiz 30 illik işğalın və etnik təmizləmənin nəticələrini aradan qaldırırdıq. Əlbəttə, əmin idim ki, videoreportaj hazırlamaq məqsədilə Azərbaycana gəlmiş və mənimlə görüşmək istəyən Qərb jurnalistləri yaxşıca hazırlaşmışlar. Münaqişənin tarixi, kimin təcavüzkar, kimin isə təcavüz qurbanı olması, nəyin baş verdiyi barədə onların bilməməsini təsəvvür etmək sadəlövhlük olardı. Lakin, eyni zamanda, onlar nəinki görüşümüz zamanı vəziyyəti təqdim etməyə çalışırdılar, - çünki Azərbaycanda olarkən çoxlu reportajlar hazırlamışdılar, - onlar çalışırdılar ki, Azərbaycanı təcavüzkar kimi qələmə versinlər. Əlbəttə, bu, tamamilə qəbuledilməz idi. Bütün bunlar Qərb mətbuatının qərəzli, qeyri-tarazlı və anti-Azərbaycan yanaşmasını nümayiş etdirdi və biz həmin reallıqda 30 il idi ki, yaşayırdıq. Bu, həqiqətdir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il noyabrın 6-da “BBC News”a müsahibə vermişdi. Sözügedən müsahibəni buradan oxuya bilərsiniz.
Tehsil-press.az