Prezident nəyinki ərazi bütövlüyümüzü bərpa etdi, üstəlik güclü təzyiqlərə qalib gəlməyin nümunəsini də yaratdı

Prezident nəyinki ərazi bütövlüyümüzü bərpa etdi, üstəlik güclü təzyiqlərə qalib gəlməyin nümunəsini də yaratdı Ermənistanı rüsvayçı və ağır iflasdan azacıq da olsa xilas etmək üçün ona lobbiçilik edən bəzi beynəlxalq siyasi dairələr Azərbaycan Prezidentinə təzyiqləri son ana qədər davam etdirdilər.
Müharibə günlərində Azərbaycan Prezidentinə edilən təzyiqlər əslində Qarabağ həll prosesinin məqsədyönlü şəkildə uzadılmış 28 illik dövründə göstərilən təzyiqlərin davamı idi. Ermənistanın bütün hüquq və ədalət normalarına zidd təcavüz faktı üzərində formalaşmış işğal rejimini guya artıq tanınmış beynəlxalq reallıq kimi Azərbaycana qəbul etdirməyə çalışdılar:
"Məlum dairələr "məğlub tərəfsiniz" deyərək rüsvayçı status-kvonu qəbul etdirməyə çalışdıqca Azərbaycan prezidentinin müqaviməti daha sərt və daha prinsipial xarakter aldı. Prezident İlham Əliyevin lakonik formada mesaj etdiyi bir neçə tezis onun təzyiqlər qarşısında zərrə qədər güzəştə getməyəcəyini qəti şəkildə nümayiş etdirdi. Torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik", "status-kvo dəyişməlidir və dəyişəcək", "işğal faktı ilə barışmayacağıq" kimi bəyanatlar təzyiqlərə qarşı İlham Əliyevın şərəfli və vətənpərvər müqavimətinin parlaq nümunələridir. Əslində Prezident öz çıxış və mülahizələri ilə həm də Azərbaycan xalqının müavimət ideologiyasının əsaslarını yaratdı .İlham Əliyevin müqavimət tezislərinin hər biri xalq tərəfindən qəbul edildi, fəaliyyət üçün əsasa çevrildi.
Maraqlıdır ki, İlham Əliyevin Qarabağ mövzusunda xarici təzyiqlərə qarşı mövqeyi passiv özünümüdafiə xarakteri daşımadı. Prezident hələ 44 günlük müharibədən xeyli əvvəl xarici təzyiqlərə qarşı ölkənin müqavimətini çox perspektivli bir şəkildə əks-hücuma çevirə bilmişdi. "Məğlub tərəf olduğunuz üçün vəziyyətlə barışmalısınız " deyə təlqin edən ermənipərəstlər məhz İlham Əliyevin diplomatik müqaviməti və əks -hücumları sayəsində tam fərqli mənzərə ilə üzləşdilər.Sülh danışıqlarını bəhanələrlə süni uzadır, dünyanı Qarabağ məsələsindəki status-kvonun dəyişməsinin artıq mümkünsüzlüyünə öyrəşdirməyə çalışır, Qarabağ məsələsinə birbaşa dəxli olmayan mövzuları bəhanə tutaraq Azərbaycanı tənqid etdirir, hətta öz xalqımızı belə Prezidentin siyasəti əleyhinə kökləmək istəyir, işğala əsaslanan reallığı Azərbaycana qəbul etdirməyə çalışırdılar".
Baş redaktor deyib ki, beynəlxalq ermənipərəst dairələr və dövlətlər konkret hədəflərə yonəlik təzyiqlərin nəticələrini ən azı iki əsas faktor üzrə dəqiq hesablaya bilmədilər: "Ermənistanın lobbiçiləri Prezident İlham Əliyevin milli dünyagörüşünü, müstəqil dövlətçiliyə bağlılığını, gələcək nəsillər qarşısında bütünlüklə dərk etdiyi məsuliyyətə və xalqa verdiyi sözlərə nə qədər bağlı olduğunu hesablaya bilməmişdilər.
Erməni lobbiçiləri onu da görə bilməmişdilər ki, öz Prezidentini çox yaxşı tanıyan Azərbaycan xalqı onu heç vaxt haqq işi uğrunda mübarizədə tək qoymayacaq. Qarabağ probleminin həlli yolunda İlham Əliyevin bütün təzyiqlərə şərəflə sinə gərməsinin müstəsna güc mənbəyi onun öz xalqına, xalqın isə öz prezidentinə bağlı olmasıdır.
44 günlük müharibə günlərində də Prezidentə göstərilən saysız təzyiqlərin az bir qismi ilə xalqımız tanışdır. 44 gündəki təzyiqlərin tam mənzərəsi açılanda ərazilərimizin azadlığı uğrunda mübarizənin həlledici ağırlığını məhz Prezidentin öz üzərinə götürdüyünə bir daha əmin olmaq mümkün olacaq.
Yaşayış qəsəbələri fasiləsiz azad edildikcə Ermənistanı heç bir real öhdəlik altına qoymadan Azərbaycanı müharibəni dayandlrmağa məcbur etmək istəyənləri cəsarətlə rədd etmək İlham Əliyev üçün təkcə siyasi risqlər yox, hətta çox real şəxsi təhlükəsizlik risqləri də yaradlrdı".
Baş redaktor deyib ki, 10 noyabr razılaşmasına qədər təkcə Laçın və Kəlbəcəri qaytarmamaq üçün Prezidentimizə göstərilən təzyiqlərin az bir hissəsini təsəvvür etmək yetərlidir ki, İlham Əliyevin xalqı Zəfərə nələrin bahasına çatdıra bildiyinə əmin olasan: "
Prezident Əliyev nəinki ərazi bütövlüyümüzü bərpa etdi, üstəlik güclü təzyiqlərə xalqımızla birlikdə qalib gəlməyin klassik nümunəsini yaratdı.
Bu gün Böyük Zəfərdə İlham Əliyevin müstəsna şəxsi payını görmək istəməyənlər əslində 44 gündə və ondan əvvəl dövlətimizə edilən təzyiqləri də görmür və yaxın tariximizi saxtalaşdıranlarla bir sırada dururlar.
Tarixi faktlarımızı və haqq- ədaləti özünün qərəzli və kor ambisiyalarının ayaqları altına atmağa hazır olanlardan hər şey gözləmək olar .Onlar Qarabağ Zəfərində prezident Əliyevin həlledici rolunu da, göstərilən təzyiqlərə misilsiz vətənpərvər müqavimətini də görməzdən gələ bilərlər.
Tarixi və Prezidentin rolunu isə saxtalaşdırmaq və görməmək mümkün deyil".

Aydın Quliyev



Oxşar xəbərlər