ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlarda irəliləyiş əldə olunub - Blinken

ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlarda irəliləyiş əldə olunub - Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ABŞ-da aparılan danışıqlarda irəliləyiş əldə olunub.
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanla yekun plenar görüşün yekunları üzrə deyib.
"Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişinin əldə edilməsi, eləcə də ölkələr arasında münasibətlərin inkişafına töhfə verə biləcək bir sıra digər mühüm məsələlərin həlli istiqamətində mühüm və gərgin fəaliyyətə görə minnətdarlığımı bildirirəm. Hamınıza burada keçirdiyiniz vaxta görə minnətdaram. Bu, baş tutan ikinci turumuzdur", - deyə o bildirib.
Qeyd edək ki, iyunun 27-dən 29-dək ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçirilib.
İlk gün E.Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdən sonra o, iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib. Daha sonra nazirlər ikitərəfli formatda danışıqları davam etdiriblər.
İkinci gün ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Bundan sonra iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər