Cənubi Koreyada doğuşların sayının kəskin azalması fonunda əhalinin sayı ardıcıl 2 ildir azalır.
2022-ci ildə ölkə əhalisinin sayı əvvəlki illə müqayisədə 46 min nəfər (0,1 faiz) azalaraq, 51,69 milyon nəfərə düşüb. Ölkədə əhalinin azalması 1949-cu ildən sonra ilk dəfə 2021-ci ildə qeydə alınıb.
Statistika qurumu əhalinin sayının azalmasının əsas səbəbinin doğuşların sayının aşağı düşməsi tendensiyası ilə əlaqələndirir. Məsələn, cari ilin mayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz az doğuş olub. Ümumiyyətlə, Cənubi Koreyada yenidoğulanların sayı ardıcıl 90 aydır azalır. Hazırda ölkədə bir qadına düşən doğum sayı 0,78-ə bərabərdir ki, bu da əhalinin sayının sabit qalması üçün lazım olan 2,1 uşaqdan xeyli azdır.
Ekspertlər hesab edir ki, doğuşların sayının azalması gənclərin iqtisadi çətinliklər səbəbindən evlənməyi, övlad dünyaya gətirməyi ertələməsi və ya təxirə salması ilə bağlıdır.
Ölkənin üzləşdiyi demoqrafik problemin digər tərəfi isə yaşlı insanların sayının çoxalmasıdır. Hazırda əhalinin 18,1 faizi yaşı 65-dən yuxarı olanlardır. 2010-cu ildə bu rəqəm 11 faiz idi.
Asiyanın 4-cü iqtisadiyyatı olan Cənubi Koreyada son illərin mənfi tendensiyalarından biri də tənhaların, başqa sözlə bir nəfərdən ibarət ailələrin sayının çoxalmasıdır. Hazırda ölkədə 7,5 milyon birnəfərlik ailə var ki, bu da ümumi ailə sayının 34,5 faizini təşkil edir.
Qeyd edək ki, bəzi ekspertlər Cənubi Koreyada əhalinin sayının ölkədə doğum səviyyəsinin kritik azalması səbəbindən 2070-ci ilə qədər 38 milyon nəfərə enəcəyini proqnozlaşdırıblar. Həmin ilədək 65 yaşdan yuxarı koreyalılar ölkə əhalisinin 45 faizini təşkil edəcək. BMT-nin rəyinə əsasən, yaşı 65-dən yuxarı olanların sayı ümumi əhalinin sayının 14 faizindən çoxunu təşkil edərsə, həmin cəmiyyət "yaşlı cəmiyyət", bu rəqəm 20 faizdən çox olarsa "super yaşlı cəmiyyət" kimi xarakterizə olunur.
Tehsil-press.az