BMT-nin Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Yəməndəki işini dayandırmaq qərarına gəlib. Buna səbəb kimi mövcud resursların azalması və maliyyə çatışmazlığı göstərilib. Növbəti 6 aylıq plan üçün 1 milyard dollar vəsait tələb olunsa da, bu məbləğin 28 faizi toplanıb.
Ümumdünya Ərzaq Proqramının müvafiq qərarı Yəməndə ərzaq çatışmazlığından əziyyət çəkən 2,5 milyona yaxın insana mənfi təsir edəcək. Beynəlxalq yardımın azalması həm də Yəməndə aclıq təhlükəsinin qapısını açır. Mərib şəhərində aclıq ola biləcəyi gözlənilir.
Yəmən səlahiyyətliləri yardım təşkilatlarına müraciət ediblər.
Tehsil-press.az