Suriyada əhalinin 90 faizi yoxsulluq səviyyəsindən də aşağı vəziyyətdə yaşayır. Ərzaq, su, dərman preparatlarının və digər tibbi ləvazimatların çatışmazlığı insanların aclıqdan və xəstəliklərdən ölməsinə səbəb olur.
Bu barədə BMT-nin Humanitar məsələlərin koordinasiyası idarəsinin nümayəndəsi İmran Reza məlumat verib. O bildirib ki, Suriyanın ərzaq təhlükəsizliyindən danışmağa belə dəyməz. Ötən illə müqayisədə Suriyada humanitar yardıma ehtiyacı olanların sayı 1,2 milyon nəfər artaraq 14,6 milyona çatıb. Uşaq, qadın və qocalar yardıma daha çox möhtacdırlar.
BMT-nin Baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasında çıxışında bildirib ki, 11 il davam edən münaqişədə əhali səfil vəziyyətinə düşüb. Baş katib donor dövlətlərə müraciət edərək onları Suriya xalqına kömək göstərməyə çağırıb.
Oxşar vəziyyət Yəməndə də müşahidə olunur. Bu ölkədə 2015-ci ildən davam edən silahlı münaqişə 19 milyon insanın ac və susuz qalmasına səbəb olub ki, onların da 160 mini aclıqdan ölmək üzrədir.
Tehsil-press.az