130 min israilli etiraz edir

130 min israilli etiraz edir İsrailin paytaxtı Təl-Əviv şəhərində məhkəmə islahatına qarşı etirazlar davam edir.
Nümayişə təxminən 130 minə yaxın adam qatılıb.
Etiraz aksiyalarına səbəb ölkə parlamentinin müxalifətin razılaşmadığı məhkəmə islahatının birinci hissəsini təsdiqləməsi olub.
Qeyd edək ki, etirazlar Təl-Əviv, Qərbi Qüds, Hayfa, Birussebi, Herzliya və Rehovot kimi şəhərlər başda olmaqla, ölkə daxilində onlarla fərqli nöqtələrdə də keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər