İsveç səfiri İran XİN-ə çağırıldı

İsveç səfiri İran XİN-ə çağırıldı İsveçdə Qurani-Kərimin təhqir olunmasından sonra İran bu ölkənin Tehrandakı səfiri Mattias Lentzi Xarici İşlər Nazirliyinə çağırıb.
İsveç səfirinə çatdırılıb ki, İran Qurana və İslami müqəddəs kitablara qarşı təkrarlanan hərəkətləri qətiyyətlə pisləyir.
Müqəddəs dəyərlərin təhqir edilməsinin ifadə azadlığı ilə heç bir əlaqəsi olmadığını bildirilərək dini və humanitar dəyərlərə qarşı bu cür hərəkətlərin təkrarlanmaması üçün İsveçin beynəlxalq öhdəliklərini yerinə yetirməli olduğunu vurğulayıb.
İsveç səfiri Lentz vəziyyəti dərhal Stokholma çatdıracağını bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər