Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru dosent Aqil Şirinov Türkiyədə Kərbəla hadisəsi ilə əlaqədar təşkil olunan mərasimlərdə iştirak edib. Tədbirlər İstanbulda Zeynəbiyyə Cami və Kültür Mərkəzi və Yəhya Kamal Bayatlı Konfrans Mərkəzində keçirilib.
“İmam Hüseyn və Kərbəla” mövzusunda təşkil olunan tədbirdə Türkiyə cəfərilərinin rəhbəri Səlahatdin Özgündüz, millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, digər millət vəkilləri, siyasi və ictimai xadimlər çıxış ediblər.
Aİİ rektoru Aqil Şirinov Kərbəla hadisəsinin azadlığı sevən və zülmə qarşı mübarizə aparan bütün insanlar üçün dəyər olduğunu vurğulayıb. O, Kərbəla hadisəsindən götürüləcək ibrətlərə diqqət çəkərkən bildirib ki, hadisənin bizə öyrətdiyi cəhətlər haqqın, doğrunun yanında olmaq, ədaləti bərqərar etməkdir: “Həzrət Hüseynin və digər Kərbəla şəhidlərinin mübarizəsinin timsalında Aşura böyük bir şəhidlik məktəbi olmaqla yanaşı, ədalət, fədakarlıq, Haqqa sədaqətin təcəssümüdür”, – deyə rektor qeyd edib.
A.Şirinov 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin də eyni amal uğrunda vuruşduqlarını, haqqın və ədalətin bərqərar olduğunu vurğulayıb: “Kərbəla bizə haqqın yanında olmağı öyrətdi. Həmişə həqiqətin tərəfində olan qardaş Türkiyə xalqına haqq savaşımızda yanımızda olduğu üçün minnətdarlığımızı bildiririk”.
Tehsil-press.az