Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin sentyabr buraxılışı çap olunub.
Mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanın Yəhudi İcmasına təbriki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şagird və tələbələri Bilik Günü münasibətilə təbriki, həmçinin Şamaxı Cümə məscidini ziyarəti yer alıb.
Qəzetin ikinci səhifəsində “Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub” və “Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası” başlıqlı xəbərlər əksini tapıb.
Aİİ rektoru Ceyhun Məmmədovun “Azərbaycanda həyata keçirilən sosial islahatlar təhsilin uğurlu inkişafını təmin edir” başlıqlı məqaləsi ilə eyni zamanda, “Biliyin günü olmur: hər gün Bilik Günüdür”; “Yeni tələbə adı alanlar və onların valideyinləri ilə görüş” sərlövhəli materiallarla qəzetin 3-cü səhifəsində tanış olmaq mümkündür.
“İlahiyyatçı” qəzetinin 4, 5 və 14-cü səhifələrində Məhərrəmlik ayında baş vermiş Kərbəla hadisəsinə həsr olunan yazılar və xəbərlər dərc olunub. “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün”; “Kərbəla hadisəsinin mahiyyəti”; “Kərbəlanın İmam Hüseyni (ə)”, “Həzrət Hüseyn və Kərbəla”; “Kərbəla hadisəsi” başlıqlı məqalələr bu qəbildəndir.
Mətbu orqanın səkkizinci və doqquzuncu səhifələrində “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda beynəlxalq elmi konfrans haqqında ətraflı və geniş məlumat əldə etmək mümkündür.
Qəzetin müxtəlif səhifələrində İnstitutun rəhbər heyəti, müəllim və əməkdaşlarının, tələbə və məzunlarının “Quran və biz”; “Dinşünas alimlər yetişdiririk”; “Əlyazmaların tarixindən”; “Məhəmmədhüseyn Şəhriyar yaradıcılığında “Heydərbabaya salam” poemasının yeri”; “Sosial media və din”; “Ruh sağlamlığı və din”; “Azərbaycan ədəbiyyatında multikultural və tolerant dəyərlər”; “Ölüm var ki, həyat qədər şərəfli: Mübariz Əhmədov”; “Bir məzun nəzərindən Azərbaycan İlahiyyat İnstitutu” başlıqlı məqalələr yer alıb.
Mətbu orqanın sentyabr buraxılışında, həmçinin “Azərbaycan İlahiyyat İnstitutuna qəbul balı artıb”; “TİKA-nın Bakı nümayəndəliyinin koordinatoru Azərbaycan İlahiyyat İnstitutunda olub”; “Yuxarı tədris ili tələbələri ilə görüş”; “İnstitutun fəaliyyəti və tədris ilinə hazırlıqla bağlı iclas”; “Aİİ-də sınaq dərsləri təşkil olunub”; “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” kitabı çapdan çıxıb”; “Din sosiologiyası” kitabı işıq üzü gördü”; “Tələbə Gənclər Təşkilatı birinci tədris ili tələbələri ilə görüş keçirib”; “İslam sivilizasiyası və elm: tarix və müasirlik”; “Tələbələr dərsliklə təmin edilir”; “İlahiyyat” jurnalının ilk sayı işıq üzü görüb” başlıqlı məqalələr dərc olunub.
Məlumat üçün bildirək ki, “İlahiyyatçı” qəzetinin nəşr olunmasında məqsəd İnstitutun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə dini maarifləndirmə işinə töhfə verməkdir.
Tehsil-press.az