Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. “Zoom” proqramı vasitəsilə onlayn formada təşkil olunan tədbirdə Aİİ-nin rəhbər heyəti, müəllimlər, əməkdaşlar və tələbələr iştirak ediblər.
Tədbir II kurs tələbəsi Murad Kərəmovun təqdimatında faciə zamanı qətlə yetirilmiş insanların əziz xatirəsinə Qurani-Kərim tilavəti ilə başlayıb.
Mərasimdə institutun rektoru Aqil Şirinov 1990-cı ilin yanvarın 20-də, həmçinin Vətən müharibəsində şəhid olanların ruhuna rəhmət, yaralılara şəfa diləyib, Azərbaycan xalqının mübariz və qəhrəman olduğunu söyləyib. Azadlıq mübarizəsinin ən bariz nümunəsi olan 20 Yanvar gecəsi yaşananlar barədə ətraflı danışan rektor həmin günlərdə Azərbaycan xalqının yanında olan ümummilli lider Heydər Əliyevi xatırlayaraq onun xidmətlərini vurğulayıb. Həmin illərdən başlayaraq itirilən torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin və şanlı Ordumuzun səyi nəticəsində geri qaytarıldığını nəzərə çatdıran rektor bu faciəvi hadisələrin xalqımızın zehnindən silinmədiyini, hər il yüzlərlə, minlərlə insanın Şəhidlər xiyabanına axışmasını və həmin dövr şəhidlərinə dövlət qayğısını qeyd edib.
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 20 Yanvarın tariximizə həm hüzn, həm də mübarizə günü kimi yazıldığını vurğulayıb. O, 20 Yanvar faciəsi ilə bağlı canlı şahidi olduğu hadisələri bölüşüb, həmin günlər Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklər barədə faktlarla danışıb.
İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov şəhidlik məqamının İslam mədəniyyətindəki, həmçinin dindəki mövqeyindən bəhs edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov çıxışında Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edib. O vurğulayıb ki, belə tarixi günləri qürur mənbəyi, mübarizlik əzmi kimi gənc nəslə təbliğ etməliyik.
Tehsil-press.az