AzTU-ya qəbul olmaq istəyənlərin nəzərinə

AzTU-ya qəbul olmaq istəyənlərin nəzərinə Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçiminin vaxtı açıqlanıb. İxtisas seçimi avqustun 16-dan 28-dək aparılacaq.
2023/2024-cü tədris ili üçün 38 ixtisas üzrə qəbul aparılacaq. Elektrik və elektronika mühəndisliyi ixtisası (050607) Türkiyə Respublikasının Qazi Universiteti ilə birgə ikili diplom proqramı, Kompüter mühəndisliyi ixtisası (050620) Ankara Universiteti ilə birgə ikili diplom proqramı əsasındadır.
İxtisasların siyahısı AzTU-nun saytında yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər