Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin qabaqcıl ali məktəbləri ilə əməkdaşlığı inkişaf etdirir. Əməkdaşlıq çərçivəsində Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı Süleyman Tekelinin rəhbərlik etdiyi nümayəndə heyəti AzTU-nun qonağı olub.
Rektor Vilayət Vəliyev qonaqları qardaş ölkədə görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, AzTU ilə Qazi Universiteti arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. İki universitet arasında 4 ixtisas üzrə ikili diplom haqqında müqavilənin imzalandığını deyən rektor görülən işlərin tədrisin keyfiyyətinin yüksəldilməsi və yüksəkixtisaslı kadrların yetişdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Süleyman Tekeli AzTU-nun professor-müəllim heyəti və tələbələri qarşısında rəhbərlik etdiyi fakültə haqqında geniş təqdimatla çıxış edib. Bildirib ki, Texnologiya fakültəsi Avropada ən geniş kampus sahəsi olan fakültədir.
Türkiyəli qonaq AzTU ilə ikili diplom haqqında müqavilənin imzalandığı müvafiq ixtisaslar barədə də məlumat verib. Dekan vurğulayıb ki, yeni tədris ilindən tələbələr elektrik və elektronika ixtisası üzrə ikili diplom proqramına qəbul olunacaq və onlar hər iki ali məktəbin diplomlarına sahib olacaqlar.
Qeyd edək ki, Qazi Universitetinin professor-müəllim heyəti AzTU-nun müxtəlif kafedralarında görüşlər keçirəcək, əməkdaşlıq və birgə layihələrlə bağlı müzakirələr aparacaq.
Tehsil-press.az