Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Ankara Universiteti arasında kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı haqqında müqavilənin onlayn imzalanma mərasimi keçirilib.
Müqaviləyə əsasən, 2022/2023-cü tədris ilindən hər iki ali məktəbin bakalavriat səviyyəsinə Kompüter mühəndisliyi ixtisası üzrə qəbul olunan tələbələr bu proqramdan yararlana biləcək
Tələbələr I və II kursu Azərbaycanda, III və IV kursu isə Türkiyədə təhsil alacaq. Tədris proqramını müvəffəqiyyətlə başa vuran tələbələrə AzTU və Ankara Universitetinin diplomları təqdim olunacaq.
Tədbirdə Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, AzTU-nun rektoru Vilayət Vəliyev və hər iki ali məktəbin prorektorları, dekanları, müvafiq strukturların rəhbərləri iştirak edib.
Rektorlar Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən təsdiqlənmiş ikili diplom proqramı haqqında müqavilənin imzalanması münasibətilə təbriklərini çatdırıb və bundan sonra görüləcək işlər haqqında fikirlərini bildiriblər. Çıxış zamanı rektorlar imzalanan ikili diplom proqramı haqqında müqavilənin birillik gərgin əməyin nəticəsində əldə olunduğunu xüsusi vurğulayıblar.
Türkiyədə səfərdə olan Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov tədbirdə qonaq qismində iştirak edib. Akademik Əhliman Əmiraslanov imzalanan müqavilənin qardaş ölkələrin universitetləri üçün çox əhəmiyyətli olduğunu bildirib. O, hər iki universitetin rektoruna və kollektivinə uğurlar arzulayıb.
Tehsil-press.az