Ənvər Paşanı Tacikistanda kim və necə öldürüb?

Ənvər Paşanı Tacikistanda kim və necə öldürüb? Uzun zamandır Sovet dövründə ermənilərin nəzarətində olan tarix kitablarından götürülmə bir faktı dəqiq araşdırmadan hər kəs yazır. Hətta bu günün özündə belə Türkiyə və Azərbaycanda belə bir tarixi yanlışlıq kitablarda və sosial mediada paylaşılır: “Ənvər Paşa 4 avqust 1922-ci ildə Qurban bayramı zamanı Tacikistandakı Belçivan yaxınlığında Aqop Melkovyanın rəhbərlik etdiyi bolşevik ordusuna qarşı olan döyüşdə öldürülüb”.
Bu günə qədər də hər kəs elə bilir ki, Ənvər Paşa kimi qəhrəman kişini hansısa erməni öldürüb. Hətta erməni tarixçiləri lap irəli gedərək, guya Aqopa Ənvər Paşanın təkbətək döyüşdə məğlub olması və erməninin onu qılıncla doğraması haqda iddia səsləndiriblər.
Ənvər Paşa türk dünyasının ən cəsarətli generallarından biri olub. Yalnız bu fakt onu türk dünyasında, xüsusilə Azərbaycanda necə sevdiklərini otraya qoyur. Əziz Alpoud Türkiyədə qələmə aldığı xatirələrində 1920-ci ildə Bakıda keçirilən Şərq Xalqlarının Qurultayında iştirak etmək üçün gələn Ənvər Paşa haqqında yazırdı: “Hörmətlə əlini sıxdım, təşəkkür edərək ayrıldım. Arxamda xeyli həmyerlimiz yığışmışdı. Mən maşından aralanarkən ağ saqqallı, yaşlı bir qoca iki əli ilə sağ əlimə yapışdı və mən onun nə istədiyini anlayıncaya qədər əlimdən öpdü... Çünki bu əlim Ənvər Paşanın əlinə toxunmuşdu...”
Ənvər Paşa bolşevik dəstələrinə qarşı savaşda öldürülüb, lakin onu nə Aqop Melvokyan öldürüb, nə də onun ölümündə bir erməninin rolu olub. Ermənilər yalandan rusların əli ilə belə saxta tarix yazıb, Ənvər Paşanın guya uydurma soyqırıma görə qisasların alıblar. Ənvər Paşanın ölürəcək kişilikdə dünyada erməni ola bilməz, olmayıb da.
Georgi Ağabekova Ənvər Paşa əməliyyatında iştirak edib və o yazır:
“Ənvər Paşanın başçılıq etdiyi basmaçıların qərargahı dağlara qaçdı, lakin ətrafa göndərilən eskadrona rast gələrək döyüşü qəbul etdi. Döyüş nəticəsində düşmənin qərargahı darmadağın edildi. Yalnız üç nəfər qaça bildi. Döyüş meydanında 28 cəsəd qaldı. Onların arasında Ənvər Paşa da müəyyən edildi. Qılınc zərbəsi ilə onun başına və gövdəsinin bir hissəsinə zərbə endirildi. O öləndə əlində Quran kitabı var idi” (Bax: Ağabekov G. GPU Çekistin qeydləri. Berlin, 1930. s. 55.).
Ənvər Paşanın dəstəsi - Dövlətmənd bəy, Qazax Murad, Kazanlı Kərim bəy, Müslümanqul, Çərkəz Hüseyn Nafiz, Danyal bəy kimi döyüşçülərdən ibarət idi və Dövlətmənd bəy Ənvər Paşanı arxadan vurmaq istəyən bolşevik əsgərini atın üstündə əlləri ilə boğmuşdu.
Sonradan İbrahim bəyin dindirilməsi zamanı o demişdir ki, Ənvər Paşa can verən zaman “Hər şey Vətən üçün, hər şey Türküstan üçün” deyib.
Türk generalının cənazəsi, eləcə də sənədlər Buxara Qüvvələr Qrupunun xüsusi idarəsinin sərəncamında idi. Kağızlar arasında türk, fars, özbək dillərində sənədlər, şifrələr, məktublar, o cümlədən Tavfia adlı qadından, eləcə də Qrunvalddan uşaqların atalarına almanca yazdığı məktublar var idi (Bax: Arxiv sənədi, РГВА, ф.110, оп.3, д.1104, л.61).
“Ənvər Paşanın məhv edilməsində M.Nikitinin komandanlığı altındakı sağ kolonda olan 8-ci Başqırd süvari briqadasının 16-cı alayının 3-cü eskadrilyasının xüsusi xidmətləri olub. Ənvər Paşa sinəsindən beş güllə ilə öldürüldü”.
Bu, rəsmi məlumat idi və bolşevik hökuməti bunu beləcə qeyd edib. (Bax: Olaf Caroe, Soviet Empire, the Turks of Central Asia and Stalinism. London, 1953, s.125.).
Lakin Ənvər Paşa öldürülüb dəfn edilməsinə baxmayaraq, 11 gün bolşevik dəstələri onun öldüyünü bilməyiblər. Bütün ərazini axtarıblar və nəhayət, əsir düşən basmaçlardan biri – İbrahim bəy (sonradan şahid olduğu üçün güllələndi) Ənvər Paşanın döyüşdə öldürüldüyünü etiraf edir. Bolşeviklər 11 gündən sonra həmin ərazidə qəbirləri qazmış, bir-bir meyitləri incələmiş və nəhayət onun cəsədini tapmışlar. Bolşeviklər Ənvər Paşanın öldüyünə tam əmin olduqdan sonra onun dəfn edilməsinə izn vermişlər (Bax: Arxiv sənədi, РГВА, ф.110, оп.3, д.1106, л.49).
Ənvər Paşa şəhid olduqdan sonra rus hissə komandiri Kulikov tərəfindən əşyaları Daşkəndə, oradan da sonralar Moskva hərbi muzeyinə göndərilmişdi.
1996-cı ildə isə Tacikstan-Türkiyə arasında imzalanan müqaviləyə görə Düşənbənin təxminən 200 km şərqindəki Belçivan şəhərinə bağlı Obtar kəndində Ənvər Paşanın məzarı müəyyən edilib, Türkiyəyə aparılıb, orda dəfn edilib.
İndiyə qədər Aqop Melkumyanın guya təkbətək döyüşdə onun sağ əlini kəsməsi məsələsi də yalandır. Yenə də ermənilərin saxta tarix yazdığı sübut edildi.

Tehsil-press.az


Oxşar xəbərlər