Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) görkəmli memarlar Ənvər Qasımzadə və Hənifə Ələsgərovun 110 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova Azərbaycanın XX əsr memarlığının inkişafında və xüsusilə şəhərsalma tarixində mühüm yeri olan hər iki dəyərli ziyalının memarlıq sənətinə töhfələrindən danışıb.
Universitetin rektoru professor Gülçöhrə Məmmədova Azərbaycanın görkəmli memarı və dövlət xadimi, AMEA-nın müxbir üzvü Ənvər Qasımzadənin və Azərbaycanın Əməkdar inşaatçısı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı Hənifə Ələsgərovun mənalı ömür yolundan söhbət açıb, onları Azərbaycan memarlıq sənətinin ən görkəmli nümayəndələri kimi dəyərləndirib. Vurğulayıb ki, hər iki memarın təkcə Bakının deyil, başqa şəhərlərimizin də simasının dəyişməsində xidmətləri böyük olub. Onların layihələri əsasında Gəncə, Yevlax, Şəki, Daşkəsən, Şuşa və Xankəndidə onlarca yaşayış evi və ictimai binalar ucaldılıb. Azərbaycanın hər yerində onların müəllifi olduqları unikal memarlıq xüsusiyyətləri ilə seçilən möhtəşəm tikililəri saymaqla bitməz.
Memarlığın əsasları kafedrasının müəllimi Fidan Mustafayeva tədbir iştirakçılarına görkəmli memarların həyat və yaradıcılığı haqqında geniş məlumat verib, onlara həsr olunmuş slayd-şou təqdim olunub.
AzMİU-nun professoru Ramiz Əbdürrəhimov Ənvər Qasımzadə və Hənifə Ələsgərov kimi memarların gənc nəslə tanıdılması baxımından bu tədbiri yüksək qiymətləndirib, tədbirin təşkilatçılarının əməyini yüksək dəyərləndirib. O, müəllimləri Ənvər Qasımzadə və Hənifə Ələsgərovla bağlı xatirələrini bölüşüb, tələbələri ilə dost, həmkar kimi davranan böyük memarların yaddaşlarda səmimi, xeyirxah, qayğıkeş və təvazökar insanlar kimi qaldıqlarını vurğulayıb.
Kafedra müdiri Nizami Nağıyev də xoş xatirələrini söyləyib.
Ailə üzvləri adından Elbay Qasımzadə və Erkin Ələsgərov atalarının xatirəsini ehtiramla anan universitet rəhbərliyinə, tədbir təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Sonda iştirakçılar “Ənvər Qasımzadə - ata, memar, vətəndaş” filminə baxıblar.
Tehsil-press.az