Boliviya Prezidenti ABŞ-ni regionda hərbi mövcudluğu artırmağa cəhddə ittiham edib

Boliviya Prezidenti ABŞ-ni regionda hərbi mövcudluğu artırmağa cəhddə ittiham edib Boliviya, Braziliya, Venesuela, Qayana, Kolumbiya, Peru, Surinam və Ekvadorun daxil olduğu Amazon paktında iştirak edən ölkələr ABŞ-nin regionda hərbi mövcudluğunu artırmaq cəhdlərindən ehtiyatlı olmalıdırlar.
Bu barədə çərşənbə axşamı Boliviya Prezidenti Luis Arce bildirib.
"Latın Amerikası və Karib hövzəsi ABŞ-nin milli təhlükəsizlik prioritetləri sırasındadır. Bu o deməkdir ki, təkcə Dövlət Departamenti deyil, həm də ABŞ Müdafiə Departamenti regionda və xüsusilə Amazonda hərbi bazaların yaradılmasında maraqlıdır”, - deyə Boliviya Prezidenti Amazon Əməkdaşlıq Müqaviləsi Təşkilatının sammitində çıxış edərkən bildirib.
Bununla bağlı o, ABŞ-nin Cənub Komandanlığının rəhbəri Laura Riçardsonun faydalı qazıntılarla, xüsusilə litiumla zəngin regionun əhəmiyyətli potensialını qeyd edən açıqlamalarına diqqət çəkib.
Eynilə, Boliviya lideri hesab edir ki, Amazon paktı ölkələri digər üsullardan istifadə etməklə regiona nəzarəti ələ keçirməyə çalışan Avropa dövlətlərinin cəhdlərinin qarşısını almalıdır. O, həmçinin regionun kənar güclər tərəfindən istismarının və Amazonun xarici siyasət alətinə çevrilməsinin qarşısını almağa çağırıb.

Tehsil-press.az


Oxşar xəbərlər