BDU könüllüləri təmizlik aksiyasında iştirak ediblər

BDU könüllüləri təmizlik aksiyasında iştirak ediblər Bakı Dövlət Universitetinin (BDU) könüllüləri “Xəzər günü” münasibətilə keçirilən ənənəvi sahilyanı təmizlik aksiyasında iştirak ediblər.
Aksiya zamanı IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Təmiz Şəhər” ASC-nin 100-dən çox gənc könüllüsünün iştirakı ilə Bilgəh çimərliyi ərazisi təmizlənib.
“Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

Tehsil-press.az




Oxşar xəbərlər