Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadənin layihə rəhbəri olduğu “Xəzər dənizinin səviyyəsinin dəyişilməsinin iqlim-seysmogeodinamik inteqrə modeli” mövzusunda elmi-tədqiqat işinin proqramı təsdiqlənib.
2025-ci ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulan proqramın icraçıları Geologiya və Geofizika, Coğrafiya institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Rusiya Elmlər Akademiyasının Yer Fizikası, ABŞ-ın Massaçusets Texnologiya institutları, İtaliyanın Milan Bikkoko və Fransanın Montpelyer universitetləridir.
Layihə çərçivəsində Xəzər dənizinin müasir seysmogeodinamik şəraiti və hidroiqlim faktoru nəzərə alınmaqla, dəniz səviyyəsi tərəddüdünün inteqrə modeli hazırlanacaq. Tədqiqatlar zamanı bölgənin tektonik aktivliyinin qiymətləndirilməsi və Xəzər dənizinin səviyyə tərəddüdlərinə təsir modelinin işlənməsi də nəzərdə tutulur.
Elmi tədqiqat işi ərzində tərtib ediləcək geodinamik, aktiv qırılma, seysmik təhlükənin titrəyiş və seysmik rayonlaşdırma xəritələri Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, eləcə də şəhərsalma strukturları tərəfindən risk analizi məqsədilə istifadə oluna biləcək.
Layihə Xəzərətrafı ölkələrin davamlı inkişafına da müsbət təsir göstərəcək.
Tehsil-press.az