ADNSU-nun 1300-dən çox tələbəsi müəssisələrdə yay təcrübəsi keçir

ADNSU-nun 1300-dən çox tələbəsi müəssisələrdə yay təcrübəsi keçir Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 1300-dən çox tələbəsi yay təcrübəsinə qatılıb.
Həmin tələbələr “Norm” ASC, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti, SOCAR, “Bahar Enerji Əməliyyat Şirkəti” və digər müəssisələrdə yay təcrübəsi keçirlər.
Tələbələr öyrəndikləri nəzəri bilikləri təcrübədə sınaqdan keçirməklə ixtisaslarının incəlikləri ilə daha yaxından tanış olurlar.

Tehsil-press.az


Oxşar xəbərlər