Bakı Ali Neft Məktəbinin (BANM) I kurs magistratura tələbələri Vüsal Kərimov və Leyla Abdullayeva “Bahar Enerji Əməliyyat Şirkəti”ndə (BEOC) təcrübə proqramı keçirlər.
Həmin tələbələr, həmçinin ali məktəbin Neft-qaz mühəndisliyi kafedrasının böyük laborantlarıdır.
Təcrübə proqramı BANM ilə “Bahar Enerji Əməliyyat Şirkəti” arasında “Birgə Sənaye Proqramı”na dair razılaşma əsasında həyata keçirilir. Razılaşmaya əsasən BANM-in Neft-qaz mühəndisliyi kafedrasının iki magistrant tələbəsi yataqların modelləşdirilməsi ilə bağlı BEOC-da təcrübə proqramına qoşulurlar.
Tələbələr şirkətin Yeraltı tədqiqatlar departamentinin tərkibində işləyirlər və yekunda təqdimat edəcəklər.
BANM tələbələrinin təcrübə proqramı iyun ayında başa çatacaq.
Tehsil-press.az