ADNSU-nun təcrübə keçən 15 tələbəsi sertifikata layiq görülüb

ADNSU-nun təcrübə keçən 15 tələbəsi sertifikata layiq görülüb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 15 nəfər yuxarı kurs tələbəsi “Binəqədi Oil Company” şirkətində iki aylıq yay təcrübə proqramında iştirak edib. Tələbələr təhsil aldıqları ixtisas üzrə nəzəri biliklərini təcrübədə uğurla təkmilləşdiriblər. Təcrübənin sonunda onlara sertifikatlar təqdim olunub.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər