Yaxın bir neçə gün ərzində Avropada, o cümlədən İsveçrə, Fransa və Polşada şiddətli temperatur ilə bağlı xəbərdarlıq edilib.
Bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) sözçüsü Kler Nullis bildirib.
Iyul ayının tarixin ən isti ayı olaraq qeydə alındığını xatırladan K.Nullis, quru havanın bu həftənin əvvəlində İspaniyanın Tenerife şəhərində böyük yanğınlara səbəb olduğunu, Yaponiyanın da temperatur rekordlarını qıran uzunmüddətli isti dalğasının təsiri altında olduğunu söyləyib.
O qeyd edib ki, həddən artıq kəskin temperatur nəticəsində Kanadada 600-dən çox meşə yanğını nəzarətdən çıxıb və ABŞ-də Hilari qasırğasının kateqoriyası 4-ə yüksəlib.
Tehsil-press.az