Rusiya daha 54 britaniyalının qadağalar siyahısına və birtərəfli sanksiyalara daxil edildiyini açıqlayıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Məlumatda deyilir: “Siyahıda Rusiyanın beynəlxalq idman təcridinə fəal lobbiçilik edən mədəniyyət, media və idman naziri Lüsi Freyzer, Ukraynaya silah, o cümlədən tükənmiş uran mərmilərinin tədarükünə cavabdeh olan müdafiə nazirinin müavini Annabel Qoldi var. Stop siyahısında Rusiya rəhbərliyinin həbsi üçün orderin verilməsində iştirak edən Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru britaniyalı Kərim Xan və “Prevail Partners” özəl hərbi kəşfiyyat şirkətinin üç rəhbəri də yer alır. Həmçinin, məhdudiyyətlər BBC, “Guardian Media Group” və “Daily Telegraph”ın funksionerlərinə və müxbirlərinə də aid olunub”.
Tehsil-press.az