Kanadadan 62 Rusiya vətəndaşına qarşı sanksiya

Kanadadan 62 Rusiya vətəndaşına qarşı sanksiya Kanada 62 Rusiya vətəndaşına, o cümlədən ölkənin 27 regionunun qubernatorlarına qarşı sanksiya tətbiq edib.
Qubernatorlardan başqa, Kanadanın sanksiyalar siyahısına Rusiyanın müdafiə sənayesi sektorunun müəssisələri, o cümlədən “Rostex”, “Almaz-Antey”, “Kalaşnikov” kimi müəssisələrin rəhbərliyinin adları da daxildir.
Qeyd edək ki, Ottava Rusiyanı beynəlxalq sülh və təhlükəsizliyi ciddi surətdə pozmaqda təqsirləndirir.

Tehsil-press.az




Oxşar xəbərlər