Hindistanda torpaq sürüşməsi nəticəsində binalar belə uçdu

Hindistanda torpaq sürüşməsi nəticəsində binalar belə uçdu Hindistanda musson yağışları genişmiqyaslı sürüşməyə səbəb olub.
Hadisə Himaçal-Pradeş ştatının Kullu şəhərində baş verib. Təbiət hadisəsi azı səkkiz hündürmərtəbəli binanı dağıdıb.
Hadisədən 3-4 gün əvvəl ixtisaslaşdırılmış xidmətlər fasadda çatlar aşkar etdiyi üçün səlahiyyətlilər vətəndaşları bu binalardan təxliyə ediblər.
Himaçal-Pradeş hakimiyyətinin məlumatına görə, ümumilikdə bölgədə leysan və torpaq sürüşməsi nəticəsində iki mindən çox ev uçub. Dəyən ziyan təxminən 1 milyard dollar təşkil edib.

Tehsil-press.az


Oxşar xəbərlər