Qusar rayonunda torpaq sürüşməsi qeydə alınıb

Qusar rayonunda torpaq sürüşməsi qeydə alınıb Qusar rayonunun Kuzun kəndində torpaq sürüsməsi baş verib. Sürüşməyə səbəb son günlər havaların rütubətli keçməsidir.

Nəticədə kəndə gedən yol sürüsüb. Qusar 4 saylı Yol İstismar İdarəsinin əməkdaşları hazırda sürüşməyə məruz qalmış yolu açmağa çalışırlar. Hadisə ilə əlaqədar Qusar Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə texnika göndərilib. Sürüşmə ərazisi 200 metrdən çoxdur.


Tehsil-press.az

Oxşar xəbərlər