Məşhur şirkətin əməkdaşı qəza törətdi - Özü, arvadı və oğlu yaralandı

Məşhur şirkətin əməkdaşı qəza törətdi - Özü, arvadı və oğlu yaralandı Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Tehsil-press.az "Report"a istinadən xəbər verir ki, H.Əliyev prospekti 109-un qarşısında Bakı şəhər sakini 52 yaşlı İbrahim Qədimov sürdüyü "Chevrolet" markalı avtomobilin idarəetməsini itirərək maşını işıq dirəyinə vurub.

Hadisə nəticəsində İ.Qədimov özü, arvadı - 47 yaşlı Aidə Zeynalova və oğlu - 12 yaşlı İsmayıl müxtəlif bədən xəsarətləri alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qeyd edək ki, qəzaya uğrayan "Chevrolet" markalı avtomobil "Performance Center" şirkətinə məxsusdur.

tehsil-press.az