Fransanın Tarn departamentinin Albi şəhərində artıq təqaüdə çıxan bir neçə həkim regionlarda mütəxəssis çatışmazlığı problemini həll etmək üçün işə qayıdıblar.
Lakin kəskin həkim çatışmazlığı təkcə Tarn departamentinin bir çox rayonlarında hiss olunmur. Fransa Senatının məlumatına əsasən, problem bütün ölkəyə geniş şəkildə yayılıb: fransızların 11 faizinin şəxsi həkim-terapevti yoxdur.
Hökumət tərəfindən aparılmış araşdırmanın nəticələrinə görə, Fransada həkim çatışmazlığının ən gərgin vaxtı gələn ilə təsadüf edəcək, vəziyyətin sabitləşməsi isə yalnız 2030-cu ilə gözlənilir.
Mütəxəssislərin özləri hesab edirlər ki, böhran bir neçə amillərin birləşməsi səbəbindən yaranıb. Onların fikrincə, indi təqaüdə 1970-ci illərin “bebi-bumerlər” nəsli çıxır, onları isə çox vaxt əvəz etmək mümkün olmur. Bundan başqa, gənc həkimlər daha yaxşı şərait tələb edir və həftədə altı gün 70 saatdan çox işləməyə can atmırlar.
Tehsil-press.az