BSU-da abituriyentlərə dəstək qrupu yaradılıb

BSU-da abituriyentlərə dəstək qrupu yaradılıb Bakı Slavyan Universitetində (BSU) abituriyentlərin qeydiyyatı ilə bağlı Sənəd Qəbulu Komissiyası yaradılıb.
Bununla yanaşı, sentyabrın 5-dən Tələbə Gənclər Təşkilatının könüllülərindən ibarət abituriyentlərə dəstək qrupu fəaliyyətə başlayıb. Müvafiq komissiya və dəstək qrupu tərəfindən universitetə qəbul olunmuş abituriyentlərə, həmçinin onların valideynlərinə izahlar verilir, onlayn qeydiyyat üçün lazımi dəstək göstərilir, onların sualları cavablandırılır. Komissiya və dəstək qrupu sentyabrın 5-dən 14-nə qədər həftə ərzində I-V günlər, saat 09:00-dan 17:30-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, 2023/2024-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlərin sənəd qəbulu sentyabrın 5-dən 14-dək onlayn aparılacaq. Abituriyent müvafiq sənədlərin elektron versiyasını http://portal.edu.az üzərindən sistemə yükləməlidir.

Tehsil-press.az


Oxşar xəbərlər