BDU-nun TGT üzvləri sertifikatla təltif olunublar

BDU-nun TGT üzvləri sertifikatla təltif olunublar Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri VI Robot Olimpiadasının təşkilatçılıq prosesində könüllü kimi fəaliyyət göstəriblər.
Olimpiadanın sonunda BDU-nun TGT üzvləri gənclər və idman naziri Fərid Qayıbov tərəfindən sertifikatlarla təltif ediliblər.
Xatırladaq ki, VI Robot Olimpiadası Gənclər və İdman, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər