Tələbələr Dünya Robot Olimpiadası barədə məlumatlandırılıb

Tələbələr Dünya Robot Olimpiadası barədə məlumatlandırılıb Azərbaycan Texniki Universitetində (AzTU) Dünya Robot Olimpiadasına hazırlıqla bağlı məlumatlandırma sessiyası keçirilib.
AzTU-nun prorektoru Rəşad Əliyev olimpiadada iştirak qaydaları, mərhələlər və digər vacib məqamlar haqqında tələbələrə ətraflı məlumat verib. Rəşad Əliyev ötən il Dünya Robot Olimpiadasında AzTU-nun 3-cü yerə layiq görülən "Platon Tech" komandası barədə də danışıb. Bildirib ki, ötən il 76 ölkədən 2000-dən çox iştirakçının qatıldığı Dünya Robot Olimpiadasında AzTU komandası "Future innovators senior" nominasiyası üzrə dünya üçüncüsü olub. Vurğulayıb ki, tələbələrin beynəlxalq yarışlara hazırlaşmaları üçün AzTU-da hər cür şərait yaradılıb.
Daha sonra ötən il Dünya Robot Olimpiadasında 3-cü yerə layiq görülən "Platon Tech" komandasının üzvləri bu istiqamətdə təcrübələrini tələbələrlə bölüşüblər.
İnfosessiya çərçivəsində Gənclər və İdman Nazirliyinin nümayəndələri Dünya Robot Olimpiadasında iştirakla bağlı tələbələrin suallarını cavablandırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər