Malidə törədilən iki terror aktında 64 nəfər həlak olub

Malidə törədilən iki terror aktında 64 nəfər həlak olub Malidə törədilən 2 fərqli terror hücumunda 49 mülki şəxs və 15 hərbçi həlak olub.
Mali ordusunun yaydığı açıqlamaya görə, Niger çayında hərəkət edən bir qayığa raket hücumu edilib.
Qayığın motoruna tuşlanan üç raket 49 nəfərin ölümünə səbəb olub.
Yerli mediada yayımlanan məlumatlarda 300 nəfərin olduğu qayığın ciddi zərər görməsinə baxmayaraq sahilə çata bildiyi qeyd edilib.
Bundan əlavə, ölkənin Bamba şəhərində hərbçilərin yerləşdiyi əraziyə edilən hücumda 15 hərbçi həlak olub.
Hadisələr nəticəsində ölkədə matəm elan edilib.
Terror aktlarını Əl-Qaidə təşkilatı öz üzərinə götürüb.

Tehsil-press.az


Oxşar xəbərlər