Volodimir Zelenski: Odessa vilayətində hava hücumundan müdafiə sistemini gücləndirməyə ehtiyac var

Volodimir Zelenski: Odessa vilayətində hava hücumundan müdafiə sistemini gücləndirməyə ehtiyac var Ukrayna Prezidenti Volodimir Zelinski Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə telefon danışığı aparıb.
Tərəflər Qara dənizdə naviqasiya təhlükəsizliyinə təhdidləri müzakirə edib və “Taxıl dəhlizi sazişi”nin qlobal ərzaq təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıblar.
V.Zelenski alternativ yollarla taxıl ixracatını davam etdirməyə hazır olduqlarını bildirib.
“Biz bunu davam etdirməyə hazırıq. Naviqasiya təhlükəsizliyi, xüsusən də Odessa bölgəsindəki hava hücumundan müdafiə sistemini təmin etmək üçün tərəfdaşların köməyinə ehtiyacımız var. Bizə bölgədə hava hücumundan müdafiəni əhəmiyyətli dərəcədə gücləndirilmək lazımdır”
Tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın, o cümlədən Böyük Britaniya nümayəndələrinin payızda keçiriləcək Müdafiə Sənayesi Forumunda iştirakının vacibliyini qeyd ediblər.
Zelenski və Sunak bildiriblər ki, G7 ölkələri Ukraynaya dəstək haqqında birgə bəyannamələri çərçivəsində ikitərəfli təhlükəsizlik zəmanətləri üzərində işləməyə başlayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər