Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəlsəfə fənni üzrə qəbul imtahanı keçirilib.
İmtahanda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş xarici dil üzrə qəbul imtahanından müvəffəqiyyət əldə etmiş, iki nəfər kənar təşkilatdan olmaqla, 51 iddiaçı iştirak edib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən imtahanda iştirakçıların hər birinə 50 test tapşırığı təqdim edilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli imtahan prosesi ilə tanış olub.
İddiaçılar qarşısında çıxış edən akademik İsa Həbibbəyli ölkəmizdə elm xadimlərinə daim böyük diqqətin göstərildiyini, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə doktorantların və magistrantların təqaüdlərinin artırıldığını söyləyib. Qeyd edib ki, son illərdə həyata keçirilən məqsədyönlü addımlar sayəsində gənclərin elmə marağı artıb və bu il xarici dil imtahanından keçən iddiaçıların sayının ötən illərlə müqayisədə yüksək olması bunun bariz göstəricisidir: “Bu, o deməkdir ki, gənclər özlərini elmdə görmək istəyirlər. AMEA-nın magistraturasını bitirənlərin 70 faizi bu gün öz fəaliyyətini AMEA-da davam etdirir”.
Akademik İsa Həbibbəyli bu gün Qarabağda ölkə başçısının rəhbərliyi altında “Böyük Qayıdış” prosesinin həyata keçirildiyini, böyük quruculuq işlərinin görüldüyünü söyləyib, intellektual gəncliyin xalqımızın gələcəyi olduğunu bildirib və onlara öz tövsiyələrini verib.
Həmçinin AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva və professor İlham Məmmədzadə çıxış edərək elmin, təhsilin xalqımızın, dövlətimizin gələcəyindəki roluna toxunub, gənclərə tövsiyələrini verərək uğurlar arzulayıblar.
İmtahan prosesini AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, dosent Hüseyn Hüseynov, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və Mərkəzi Elmi Kitabxananın baş direktoru professor Məmməd Əliyev də izləyiblər.
Qeyd edək ki, fəlsəfə fənni üzrə imtahandan müvəffəqiyyətlə keçən iddiaçılar növbəti mərhələyə buraxılacaqlar.
Tehsil-press.az