AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda 2019/2020-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
İmtahanda genetika ixtisası üzrə 3 iddiaçı iştirak edib.
Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılıb. Komissiyanın sədri institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, üzvləri – professor Ramiz Əliyev, professor Naib Əminov, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov, biologiya üzrə elmlər doktoru Afət Məmmədova, biologiya üzrə fəlsəfə doktorları Natavan Kələntərova və Vüsalə İzzətullayevadır.

Tehsil-press.az



Oxşar xəbərlər