Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların dissertasiya işlərinin onlayn müdafiəsi olub

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların dissertasiya işlərinin onlayn müdafiəsi olub AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) II kurs magistrantların dissertasiya işlərinin onlayn müdafiəsi keçirilib.
Onlayn tədbirdə AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü, professor Əminağa Sadıqov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov, Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev və digər aidiyyəti şəxslər iştirak ediblər.
Müdafiədə MBBİ-nin molekulyar biologiya ixtisasının Azərbaycan bölməsi üzrə 3, rus bölməsi üzrə 1, biokimya ixtisası üzrə 2, biotexnologiya ixtisası üzrə 1 və Botanika İnstitutunun bitki fiziologiyası ixtisası üzrə 1 magistrant dissertasiya işini müzakirəyə təqdim edib. Hər dissertasiya mövzusu ilə bağlı geniş müzakirə aparılıb. Qiymətləndirmənin nəticələrinə əsasən magistrantlara müvafiq dərəcənin verilməsi haqqında qərar qəbul edilib.

Tehsil-press.az

Oxşar xəbərlər