Gürcüstan hökuməti Çin vətəndaşları üçün viza rejimini ləğv edib.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat verib.
Baş nazirin sözlərinə görə, bu qərar Çindən Gürcüstana daha çox turistin gəlməsi və iqtisadi sərmayələrin artması məqsədilə qəbul edilib.
Baş nazir deyib ki, Gürcüstana daha çox turistin gəlməsi ölkə üçün vacib və həvəsləndirici olacaq. Çinli turistlər Avropada, Amerikada və dünyanın hər yerində ən arzuolunan turistlərdən hesab edilirlər. İki ölkə arasında birbaşa aviareyslər artıq mövcuddur.
“Çinə səfərimiz zamanı bu ölkənin Baş naziri ilə turizm və uçuşlarla bağlı geniş söhbətim olub, müvafiq razılaşma əldə edilib. Bu qərarımız da həmin razılaşmanın davamıdır”, – deyə Qaribaşvili vurğulayıb.
Qeyd olunub ki, Çin vətəndaşları Gürcüstana səfər etdikləri zaman 30 gün müddətində vizasız qala biləcəklər.
Tehsil-press.az