Qaribaşvili Rusiyanın viza ilə bağlı qərarını müsbət qiymətləndirdi

Qaribaşvili Rusiyanın viza ilə bağlı qərarını müsbət qiymətləndirdi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsini alqışlayıb.
Qaribaşvili jurnalistlərə açıqlamasında bu addımı müsbət qiymətləndirib.
“Rusiyada bir milyon etnik gürcü var. Onların hərəkətini asanlaşdırmaq vacibdir”, - deyə o bildirib.
Baş nazir birbaşa uçuşların bərpa olunmasına münasibətində qeyd edib ki, hazırda bir sıra böyük dövlətlərin, eləcə də Gürcüstanın qonşuları olan Azərbaycan və Ermənistanın da Rusiya ilə birbaşa hava əlaqəsi var.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.

Tehsil-press.az



Oxşar xəbərlər