Böyük internet brauzerləri və bəzi proqramlar kritik kibertəhlükəsizlik zəifliyinə görə xəbərdarlıq alıblar

Böyük internet brauzerləri və bəzi proqramlar kritik kibertəhlükəsizlik zəifliyinə görə xəbərdarlıq alıblar Böyük internet brauzerləri və bəzi proqramlar kritik kibertəhlükəsizlik zəifliyinə görə xəbərdarlıq alıblar. Boşluq eyni vaxtda yeniləmələrlə bağlansa da, lakin daha çox tətbiqin tərsinə işləyə biləcəyi düşünülür. İndi həyatımızın ayrılmaz hissəsinə çevrilmiş internet brauzerləri hələ də tonlarla təhlükəsizlik zəifliyi ilə doludur. Tərtibatçılar bu təhlükəsizlik boşluqlarını bağlamaq üçün işləməyə davam edirlər. Biz artıq bütün bunlara öyrəşmişik, lakin ən son xəbərlər göstərir ki, böyük brauzer şirkətləri birlikdə ehtiyatlı olmağa çağırır. Kibertəhlükəsizliyə yönəlmiş tədqiqat şirkəti Google, Microsoft, Mozilla və Brave-nin eyni vaxtda kritik təhlükəsizlik yeniləmələrini buraxdığını açıqlayıb. Bütün yeniləmələr əsasən eynidir. Təsvir edilən boşluq hakerlərə kompüterinizdə ixtiyari kod işlətməyə icazə verə bilir. Üstəlik, bu zəiflik artıq hakerlər tərəfindən geniş şəkildə istifadə olunmağa başlyıb. Xoşbəxtlikdən son yeniləmələr bu problemi həll edə bilib. Sizə düşən isə kompütüer proqramlarınızı vaxtaşırı yeniləməkdən ibarətdir.

Tehsil-press.az


Oxşar xəbərlər