“Mercedes” 1 milyondan çox avtomobili geri çağırır

“Mercedes” 1 milyondan çox avtomobili geri çağırır Almaniyanın “Mercedes-Benz” şirkəti bütün dünyada 1 milyondan çox avtomobili geri çağırır.
Buna təhlükəsizlik yastıqlarında qeydə alınan problemlər səbəb olub. Belə ki, şirkətin məlumatına əsasən təhlükəsizlik yastıqları səhvən açıla bilər.
Bildirilir ki, Böyük Britaniyada 400 min, ABŞ-da 495 min, Kanadada 76 min, Almaniyada 100 mindən çox avtomobil geri çağırılır.
Sözügedən nasazlıqlar 2012-2017-ci illərin A, B, C, E, eləcə də CLA, GLA və GLC modellərində müşahidə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər